Misli Premyer Liqasının 6-cı turu çərçivəsində “Araz-Naxçıvan” “Dalğa Arena”da “Neftçi”ni qəbul edib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 81-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən “Araz-Naxçıvan”nın futbolçusu Orxan Əliyev hesabı açıb.
Oyunun 86-cı dəqiqəsində ikinci sari vərəqə ilə cəzalanan Kadri Məhəmməd komandasını azlıqda qoyub.
Misli Premyer Liqası,
6-cı tur
16 sentyabr (şənbə)
18:00. “Araz-Naxçıvan” 1–0 “Neftçi”
Qol: Orxan Əliyev, 81-pen.
Qırmızı vərəqə: Kadri Məhəmməd, 85 ("Araz-Naxçıvan" - 2-ci sarı vərəqə)
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Kamran Bayramov, Əli Əliyev
“Dalğa Arena”