16 sentyabr 2023 18:27
396

“Səbail” “Kəpəz”i darmadağın etdi

Misli Premyer Liqasının 6-cı turu çərçivəsində "Kəpəz" "Səbail"i qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 2-ci dəqiqəsində Yusif Nəbiyev hesabı açıb. 16-cı dəqiqədə isə Valdemar Almeyda qonaqların üstünlüyünü iki topa çatdırıb. Matçda son nöqtəni 54-cü dəqiqədə Aleksandr Ramalinqom qoyub – 0-3.

Misli Premyer Liqası,

6-cı tur

16 sentyabr (şənbə)

16:00. “Kəpəz” 0–3 “Səbail”

Qollar: Yusif Nəbiyev, 2, Valdemar Almeyda, 16, Aleksandr Ramalinqom, 54

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Şirmamed Mamedov, Rövşən Rəcəbov

Gəncə şəhər stadionu