16 sentyabr 2023 17:38
416

Gənclər və İdman İdarəsinin yeni təyin olunan rəisi vəzifəsindən azad olunub

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin yeni təyin olunan rəisi vəzifəsindən azad olunub.

“İki sahil” xəbər verir ki, 2 ay əvvəl Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə rəis təyin olunan Fuad Babayev vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə hələ ki təyinat yoxdur.

Qeyd edək ki, o uzun illər Gənclər və İdman Nazirliyində Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.