16 sentyabr 2023 08:08
378

"Kəpəz" "Səbail"ə, "Araz-Naxçıvan" "Neftçi"yə qarşı

Misli Premyer Liqasında 6-cı tur davam edir.

“İki sahil” xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Kəpəz" doğma meydanda "Səbail"i qəbul edəcək. Oyun saat 16:00-da başlayacaq. 

Günün digər görüşündə "Neftçi" "Araz-Naxçıvan"ın qonağı olacaq. Bu oyun isə saat 18:00-da başlayacaq. 

Qeyd edək ki, tura dünən 1 oyunla start verilib və sabah 2 oyunla yekun vurulacaq.

16 sentyabr (şənbə)

16:00. “Kəpəz” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Şirmamed Mamedov, Rövşən Rəcəbov
Gəncə şəhər stadionu

18:00. “Araz-Naxçıvan” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Kamran Bayramov, Əli Əliyev
“Dalğa Arena”

17 sentyabr (bazar)

16:30. “Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev
Tovuz şəhər stadionu

19:30. “Qarabağ” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

15 sentyabr (cümə)

17:00. “Zirə” 1–0 “Sumqayıt”