"Barselona"nın hücumçusu Robert Levandovski bir neçə il ərzində karyerasını başa vurmağı düşünür.
“İki sahil” xəbər verir ki, bu barədə 34 yaşlı forvard öz açıqlamasında bildirib.
O deyib: “Əsas odur ki, xatirələri özünlə aparasan, hər anı, hər qələbəni beynində saxlayasan. Xüsusilə Münhendə bir mövsümdə 41 qol vurduqdan sonra qolların sayı ilə bağlı bəzi çılğın şərhlər gəldi. Amma mənim əsas məqsədim daha çox rekord qırmaq deyildi.
Əsas odur ki, komandanın qələbə qazanmasına kömək edib, futboldan həzz alım. Qarşıdan son illərim gəlir. Futbolçu olaraq cəmi 2-3 ilim qalıb. Mən hələ də uğurlu olmaq və qollar vurmaq istəyirəm. Amma mən əvvəlki kimi çox çalışmıram".
Qeyd edək ki, Levandovski ömövsüm "Barselona"da 46 oyun keçirib və 41 məhsuldar hərəkət edib.
Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatını 16-cı pillədə başa vurub