15 sentyabr 2023 14:48
363

"Zəngəzur" 1/4 finala vəsiqə qazandı

“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda növbəti oyununu keçirib.

“İki sahil”in məlumatına görə, Azərbaycan təmsilçisi pley-offda yerli "Meçkite” kollektivi ilə üz-üzə gəlib.

“Zəngəzur” rəqibini 1:0 hesabı ilə üstələyərək 1/4 finala vəsiqə qazanıb.