UEFA Ermənistan Futbol Federasiyasına qarşı intizam işi açıb.
“İki sahil” xəbər verir ki, buna Avropa çempionatının İrəvanda keçirilən Ermənistan–Xorvatiya oyununda xoşagəlməz hadisələr səbəb olub.
Federasiya stadionda ictimai keçidlərin bağlanmasında, oyun zamanı siyasi və təxribat xarakterli mesajların verilməsində ittiham olunub.
Həmçinin qarşılaşmada pirotexniki vasitələrdən istifadə edilib və matç vaxtında başlamayıb.
Qeyd edək ki, Ermənistanın Xorvatiyaya 0:1 hesabı ilə uduzduğu görüşündə dronla qondarma rejimin əski parçası da qaldırılıb.
Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatını 16-cı pillədə başa vurub