"Napoli"nin hücumçusu Xviça Kvaratsxeliya karyerasını İngiltərə Premyer Liqada davam etdirə bilər .
"İki sahil" "Daily Mail"ə istinadən xəbər verir ki, "Mançester Yunayted" Gürcüstan millisinin futbolçusunu transfer etməkdə maraqlıdır.
22 yaşlı futbolçu 2022-ci ilin iyulunda Batumi "Dinamo"sundan "Napoli"yə keçib. Transfer məbləği 13,3 milyon avro olub.Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Transfermarkt Kvaratsxeliyanı 85 milyon avro dəyərində qiymətləndirir.
Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatını 16-cı pillədə başa vurub