"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola klubun düşərgəsinə qayıdıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
52 yaşlı mütəxəssis avqustun 22-də belindən əməliyyat olunaraq sağalıb. Bu səbəbdən o, İngiltərə Premyer Liqasında komandasının iki matçını buraxıb.
O da qeyd olunub ki, Qvardiola qayıtdıqdan sonra artıq ilk məşqini keçirə bilib.
Dörd turdan sonra “Mançester Siti” maksimum 12 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. Komanda növbəti oyununu sentyabrın 16-ı səfərdə “Vest Hem”ə qarşı keçirəcək.
Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatını 16-cı pillədə başa vurub