“Qalatasaray”ın futbolçusu Dries Mertens Türkiyədən ayrılmağa hazırlaşır.
“İki sahil” xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi karyerasını Qətərdə davam etdirəcək.
Səudiyyə Ərəbistanı kimi, əmirlik ölkəsində də klublar transferlərə böyük büdcələr ayırmağa başlayıblar. Yarımada təmsilçilərindən gələn təklifləri dəyərləndirdiyini deyən Belçika millisinin üzvü yaxın günlərdə Asiyada görünə bilər.
Qeyd edək ki, ötən mövsüm “Qalatasaray”a qoşulan Mertens 42 matça 9 qol vurub.
Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatını 16-cı pillədə başa vurub