“Yuventus”un sabiq müdafiəçisi Leonardo Bonuççi keçmiş klubunu məhkəməyə verməyə hazırlaşır.
“İki sahil” xəbər verir ki, 36 yaşlı italiyalı Turin təmsilçisini karyerasına və imicinə ziyan vurmaqda ittiham edir. Mərkəz müdafiəçisi əsas komandadan uzaqlaşdırıldıqdan sonra ona lazımi şərait yaradılmayıb.
Bonuççi məhkəmə qərarı nəticəsində əldə edilən istənilən məbləği “Neuroland”a bağışlamağı planlaşdırır. Bu, Turin Uşaq Neyrocərrahiyyə bölməsində xəstəxanaya yerləşdirilən uşaqların ailələrinə dəstək verən bir assosiasiyadır.
2010-2017-ci illərdə də “Yuventus”da oynamış Bonuççi 2018-ci ildən yenidən “qoca sinyora”nın formasını geyinib. O, bu yay azad agent kimi Almaniyanın “Union” (Berlin) klubuna keçib.
Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatını 16-cı pillədə başa vurub