12 sentyabr 2023 09:49
287

AVRO-2024: Bu gün 9 oyunla VI tura yekun vurulacaq

Bu gün AVRO-2024-ün seçmə mərhələsində VI tura yekun vurulacaq.

“İki sahil”in məlumatına görə, son gündə 4 qrupda ümumilikdə 9 oyun keçiriləcək.

Azərbaycan millisinin istirahət etdiyi turda F qrupunda iki görüş baş tutacaq. Üç gün əvvəl Bakıda yığmamız üzərində minimalhesablı qələbə qazanan Belçika bu dəfə digər autsayder Estoniyanı sınağa çəkəcək. İsveç isə final mərhələsinə vəsiqə şansını davam etdirmək üçün evdə Avstriyanı məğlub etməlidir.

Diqqətçəkən matçlardan biri C qrupunda gerçəkləşəcək. İkinci yerə iddia edən İtaliya ilə Ukrayna birincilərin meydanında üz-üzə gələcəklər.

AVRO-2024-ün seçmə mərhələsi

VI tur

12 sentyabr

A qrupu

22:45. İspaniya – Kipr

22:45. Norveç – Gürcüstan

Xal durumu: Şotlandiya – 15 xal (5 oyun), İspaniya – 6 (3), Norveç – 4 (4), Gürcüstan – 4 (4), Kipr – 0 (4)

C qrupu

22:45. İtaliya – Ukrayna

22:45. Malta – Şimali Makedoniya

Xal durumu: İngiltərə - 13 (5), Ukrayna – 7 (4), İtaliya – 4 (3), Şimali Makedoniya – 4 (4), Malta – 0 (4)

F qrupu

22:45. Belçika – Estoniya

22:45. İsveç – Avstriya

Xal durumu: Belçika – 10 (4), Avstriya – 10 (4), İsveç – 6 (4), Estoniya – 1 (4), Azərbaycan – 1 (4)

İ qrupu

22:45. İsrail – Belarus

22:45. Rumıniya – Kosovo

22:45. İsveçrə - Andorra

Xal durumu: İsveçrə - 11 (5), Rumıniya – 9 (5), İsrail – 8 (5), Belarus – 4 (5), Kosovo – 4 (5), Andorra – 2 (5)