Xəbər verdiyimiz kimi, futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İrəvanda keçirilən Ermənistan-Xorvatiya matçında meydan sahibləri təxribata əl atıb. Belə ki, matçın ilk hissəsinin sonlarına doğru meydanda dronla Qarabağdakı qondarma rejimin “bayrağı” uçurdulub.
“İki sahil” xəbər verir ki, İrəvandakı təxribatla bağlı AFFA UEFA-ya müraciət edəcək.
Bu barədə qurumun mətbuat katibi Elnur Məmmədli bildirib: “Ermənilər indi də AÇ-2024-ün seçmə mərhələsinin İrəvanda keçirilən Ermənistan - Xorvatiya oyununda təxribata əl atıblar. Bu dəfə dronla qondarma rejimin "bayrağı"nı qaldırıblar. Bu qəbuledilməz hadisə ilə bağlı AFFA UEFA-ya müraciət edəcək”.
Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatını 16-cı pillədə başa vurub