10 sentyabr 2023 16:05
304

Cüdoçularımız Avropa çempionatının komanda yarışında bürünc medal uğrunda görüşə çıxacaq

Azərbaycan cüdoçuları Niderlandın Haaqa şəhərində keçirilən Avropa çempionatının komanda yarışında bürünc medal uğrunda görüşə çıxacaq.

“İki sahil” xəbər verir ki, rəqib Fransa seçməsi olacaq.

Qeyd edək ki, daha əvvəl fərdi mübarizədə Nizami İmranov (60 kq) qızıl, Aydın Rzayev (66 kq) və Vüqar Talıbov (90 kq) gümüş, Aydan Vəliyeva (52 kq) isə bürünc medal qazanıb.