Bu gün həvəskarlar arasında velosiped yarışı təşkil olunub. Yarışda 90 nəfər iştirak edir.
“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Velosiped Federasiyasının baş katibi Elnarə Musayeva jurnalistlərə açıqlamasında deyib.
Yarışa bu qədər insanın qatılacağını gözləmədiklərini bildirən baş katib qeyd edib: “Təbii ki, insanların velosiped idman növünə böyük marağının olması çox sevindiricidir. Ümid edirik ki, bundan sonrakı tədbirlərimizdə iştirakçıların sayı daha da artacaq”.
Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatını 16-cı pillədə başa vurub