Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsində F qrupundakı rəqibləri Estoniya və İsveç üz-üzə gəliblər.
“İki sahil” xəbər verir ki, matç İsveçin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Estoniya 0-5 İsveç
Qollar: Gyokeres, 18, Kulusevski, 24, İask, 39, Quaison, 76, Klaesson, 90+2
Bu nəticədən sonra İsveç 6 xalla 3-cü, Estoniya 1 xalla 4-cüdür.
Qeyd edək ki, Estoniya millisinin şərəfini qoruyan "Sumqayıt"ın futbolçusu Erik Sorqa da bu görüşdə oynayıb. O, 46-cı dəqiqədə meydana daxil olub.
Xatırladaq ki ,bu gün Azərbaycan millisi Belçikaya 0:1 hesabı ilə uduzub.
Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatını 16-cı pillədə başa vurub