09 sentyabr 2023 21:05
329

"Vilyarreal"da yeni baş məşqçi

"Vilyarreal"ın yeni baş məşqçisi müəyyənləşib.

“İki sahil” klubun saytına istinadən xəbər verir ki, Kike Setyenin istefa göndərilməsindən sonra boş qalmış bu vəzifəyə Paçeta  təyin edilib. Onunla bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Paçetanın son klubu "Valyadolid" (2021-2023) olub.

“Vilyarreal” La Liqada 4 turdan cəmi 3 xalla La Liqa cədvəlinin 15-ci pilləsində qərarlaşıb.