09 sentyabr 2023 20:02
306

Ronaldo Lüksemburqa qarşı oynamayacaq

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Avro-2024-ün seçmə mərhələsinin 6-cı turunda Lüksemburqla oyunu buraxacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “A Bola” məlumat yayıb.

38 yaşlı futbolçu Avro-2024-ün seçmə mərhələsi Slovakiyaya qarşı matçda (1:0) sarı vərəqə alıb və cəzalı duruma düşüb. O, sarı vərəqə limitinə görə Lüksemburqa qarşı oynamayacaq.

Qeyd edək ki, Ronaldo  Avro-2024-ə seçim mərhələsində meydana çıxdığı 5 oyunda 5 qol vurub.

Xatırladaq ki, sentyabrın 11-i keçiriləcək Portuqaliya - Lüksemburq görüşü saat 22:45-də başlayacaq.