“Mançester Siti”nin hücumçusu Erlinq Haaland bu il “Qızıl top”u qazanmaq şanslarını dəyərləndirib.
“İki sahil” xəbər verir ki, norveçli futbolçu "France Football"a açıqlamasında deyib: "Mən özümə inanıram. Bilirəm ki, hələ bir çox cəhətdən inkişaf edə bilərəm, hələ gəncəm. Amma düşünürəm ki, bu il qalib olmaq şansım var”.
Qeyd edək ki, Haaland "Qızıl top"a namizədlər sırasında yer alıb.
Xatırladaq ki, Haaland ötən mövsüm klubu ilə bütün turnirlərdə 53 matçda 52 qol vurub və 9 qolun ötürməsini verib.
Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatını 16-cı pillədə başa vurub