09 sentyabr 2023 14:00
365

Qazaxıstan–Azərbaycan oyununun başlama saatı və məkanı açıqlanıb

Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsində oktyabrın 11-də keçiriləcək Qazaxıstan–Azərbaycan oyununun başlama saatı və məkanı açıqlanıb.

Federasiyadan “İki sahil”ə verilən məlumata görə, görüş Astana şəhərindəki “Jekpe-Jek Arena”da olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, bu arena 2019-cu ildə istifadəyə verilib. İdman qurğusunda bir neçə növ üzrə beynəlxalq yarışlar və festivallar keçirilib.