09 sentyabr 2023 13:27
308

Minifutbol üzrə Çempionlar Liqası: “Zirə” finala yüksələ bilməyib

Minifutbol üzrə “Zirə” komandası Rumıniyanın Oradea şəhərində təşkil olunan Çempionlar Liqasında finala yüksələ bilməyib.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi yarımfinalda Monteneqronun "Sabornoq Xrama" klubuna məğlub olub.

Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Zirə” üçüncü yer uğrunda matçda son çempion AEK-lə (Rumıniya) qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi “Birbaşa Bakı” 1/4 finalda məhz AEK-ə məğlub olaraq mübarizəni dayandırıb.