08 sentyabr 2023 15:17
349

Liberiya millisinin üzvü "İmişli"də

Birinci Liqada çıxış edən "İmişli" heyətinə yeni legioner cəlb edib.

"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Liberiya millisinin üzvü Tonia Tisdellə 1 illik müqavilə imzalanıb.

31 yaşlı yarımmüdafiəçi karyerası ərzində "Ankaraspor", "Karşıyaka", "Ankaragücü", "Mersin İY", "Şanlıurfaspor", "Osmanlıspor", "Denizlispor", "Nea Salamis", "Enppi SC", "Mighty Barrolle", klublarının formasını geyinib.