08 sentyabr 2023 12:46
326

"Qalatasaray"ın sabiq futbolçusu 40 yaşında klubu ilə müqaviləni yeniləyib

Braziliyanın “Fluminense” klubu futbolçusu Felipe Melo ilə müqaviləni yeniləyib.

"İki sahil" A Seriyası təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsinin müddəti 2024-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, 2022-ci ildən “Fluminense”də çıxış edən Felipe Melo 2011 - 2015-ci illərdə Türkiyədə "Qalatasaray"ın uğurları üçün çalışıb. O, "sarı-qırmızılar"la üç dəfə ölkə çempionu olub.