DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsinə start verilib.
“İki sahil” xəbər verir ki, Argentina yığması Ekvadorla qarşılaşıb. Görüş Argentinanın qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolu 78-ci dəqiqədə Lionel Messi vurub.
Argentina yığması növbəti turda - sentyabrın 13-də Boliviya ilə qarşılaşacaq.