08 sentyabr 2023 10:45
275

"Qalatasaray" norveçli futbolçunu satdı

"Qalatasaray" futbolçusu Fredrik Midtsyönü Superliqanın digər təmsilçisi "Pendikspor"a satıb.

“İki sahil” xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Norveçli yarımmüdafiəçinin keçidi üçün "Pendikspor" "Qalatasaray"a 3 milyon avro ödəyib.

Qeyd edək ki, "Qalatasaray" Fredrik Midtsyönü ötən ilin yayında "AZ Alkmar"dan transfer etmişdi. 30 yaşlı yarımmüdafiəçi 28 rəsmi matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.