07 sentyabr 2023 16:46
354

PSJ onları heyətə daxil etmədi

PSJ yarımmüdafiəçi Marko Verratti və hücumçu Uqo Ekitikeni Çempionlar Liqasının 2023/24 mövsümü üçün heyətinə daxil etməmək qərarına gəlib.

"İki sahil" "RMC Sport"a istinadən xəbər verir ki, Paris klubunun UEFA-ya 24 futbolçunun siyahısında sözügedən oyunçuların adı yer almayıb.

Yaxın vaxtlarda Verratti Səudiyyə Ərəbistanı klublarından birinə keçə bilər. Ekitikeni isə yayda "Zenit" və "Ayntraxt"ı almaq istəyirdi.

Komandadan ayrılacağı gözlənilən qapıçı Keylor Navas Çempionlar Liqasının heyətində yer alıb.

Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda PSJ sentyabrın 19-da “Park des Prens”də Dortmund “Borussiya”sı ilə qarşılaşacaq .