07 sentyabr 2023 14:31
324

Azərbaycan klubu ÇL-ə məğlubiyyətlə başladı

Minifutbol üzrə "Zirə" klubu Çempionlar Liqasında ilk oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi Rumıniyada Ukraynanın "Andezit" klubu ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

"Zirə"- "Andezit" - 0:1
Qol: Andrey Çopa, 11

"Zirə" Bakı vaxtı ilə saat 20:00-da Bolqarıstan "Terra Trak"ı ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu gün həmçinin digər Azərbaycan klubu “Birbaşa Bakı” da iki görüş keçirəcək.