07 sentyabr 2023 12:59
395

"Qarabağ"ın baş meneceri Avropa Klublar Birliyinin İcraiyyə Şurasına üzv seçilib

"Qarabağ" klubunun baş meneceri Asif Əsgərov Avropa Klublar Birliyinin (ECA) İcraiyyə Şurasına üzv seçilib.

“İki sahil” xəbər verir ki, bu barədə ECA-nın "X" sosial şəbəkə hesabında bildirilib.

Seçki qurumun Almaniyanın paytaxtı Berlində təşkil olunan Assambleyasında gerçəkləşib.