07 sentyabr 2023 11:43
293

Belçika millisini Bakıda 180-ə yaxın azarkeş dəstəkləyəcək

Belçika millisi Bakıda Azərbaycana qarşı keçirəcəyi AVRO-2024-ün seçmə mərhələ oyununda dəstəksiz qalmayacaq.

Bu barədə "İki sahil"ə AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Onun sözlərinə görə, rəqibi 180-ə yaxın azarkeşin dəstəkləyəcəyi gözlənilir.

Federasiya rəsmisi Belçika yığmasının bu gün, saat 22:00-da Bakıya çatacağını söyləyib: "Bilgeh Vech" otelində məskunlaşacaq komanda qarşılaşma başa çatan kimi geri dönəcək. Sentyabrın 8-də, saat 14:00-da isə baş məşqçi Domeniko Tedeskonun mətbuat konfransı keçiriləcək".

Qeyd edək ki, sentyabrın 9-da "Dalğa Arena"da reallaşacaq Azərbaycan - Belçika görüşü saat 17:00-da start götürəcək.