07 sentyabr 2023 09:24
406

"Borussiya"dan "Anderlext"ə

Dortmund "Borussiya"sının futbolçusu Torqan Hazard "Anderlext"ə transfer olunub. 

“İki sahil” xəbər verir ki, bu barədə Belçika klubunun saytı məlumat yayıb.30 yaşlı yarımmüdafiəçinin müqaviləsi üç mövsüm üçün nəzərdə tutulub.

Hazardın transfer qiyməti 4 milyon avro olaraq qiymətləndirilir. Yeni klubunda o, 11 nömrəli forma geyinəək.

Torqan Belçika millisində 47 oyun keçirib və 9 qol vurub.