Türkiyənin "Qaziantep" klubunun yeni baş məşqçisi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, əyalət təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Marius Şumudike ilə razılıq əldə edilib.
52 yaşlı rumıniyalı mütəxəssis sentyabrın 7-də Qaziantepə gedərək son detalları müzakirə edəcək. O, bu postda Erdal Günəşi əvəzləyib.
Qeyd edək ki, son olaraq Səudiyyə Ərəbistanında "Əl Raed"də işləyən Marius Şumudike 2019-2021-ci illərdə də "Qaziantep"in "sükanı arxasında" olub.