06 sentyabr 2023 09:33
338

Renat Dadaşov: Həyatımda yeni səhifə başlayır

"Həyatımda yeni səhifə başlayır".

“İki sahil” xəbər verir ki, bunu İsveçrə “Qrasshopper”indən ayrılaraq Türkiyənin "Hatayspor" klubuna keçən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov şəxsi instaqram hesabında yazıb.

24 yaşlı hücumçu 2022-ci ilin yayından çıxış etdiyi Sürix təmsilçisi ilə vidalaşıb: "Kluba necə minnətdar olduğumu sözlə ifadə etmək asan deyil. “Qrasshopper”ə və azarkeşlərə qarşıdakı mövsüm üçün ən yaxşısını arzulayıram".

Dadaşov daha bir video paylaşaraq "Hatay, mən gəldim" söyləyib.

Qeyd edək ki, Renat Dadaşov ötən gün yeni klubunda tibbi müayinədən keçib.