04 sentyabr 2023 21:28
331

Serxio Ramos bu kluba transfer olundu

Serxio Ramos sabiq klubu “Sevilya”ya transfer olunub.

“İki sahil” xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Ramos 18 ildən sonra doğma klubuna qayıdıb. Müdafiəçi 2005-ci ildə “Sevilya”dan “Real”a transfer olunmuşdu.

Xatırladaq ki, 37 yaşlı müdafiəçi bu ilin iyununda PSJ-dən ayrıldıqdan sonra azad agent statusunda idi.