PSJ-dən ayrılan Serxio Ramos “Sevilya”ya keçir.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. O, tərəflər arasında razılıq əldə olunduğunu bildirib.
İspaniya millisinin sabiq üzvü ilə Səudiyyə Ərəbistanının "Əl-İttihad", Türkiyənin “Qalatasaray” və “Beşiktaş” klubları maraqlanırdı.
Qeyd edək ki, 37 yaşlı müdafiəçi "Sevilya"nın yetirməsidir. O, 2005-ci ildə bu komandadan ayrılaraq "Real"a keçmişdi.