04 sentyabr 2023 11:00
289

Azərbaycanlı hakim Fransa – Portuqaliya oyununa təyinat alıb

Azərbaycanlı hakim Hikmət Qafarlı 19 yaşadək futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində keçiriləcək Fransa – Portuqaliya oyununa təyinat alıb.

“İki sahil” xəbər verir ki, o, bu gün baş tutacaq qarşılaşmanın birinci hakimi olacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. H.Qafarlıya Mariya Mislovska (Ukrayna) və Çiara Perona (İtaliya) kömək edəcəklər. Hakim-inspektor isə italiyalı Massimo Çumbo olacaq.