PSJ Fransa Liqa 1-də 4-cü tur oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, Paris təmsilçisi "Lion"un qonağı olub və 4:1 hesabı ilə qalib gəlib. Kilian Mbappe sözügedən görüşdə dubla imza atıb.
"Lion" - PSJ - 1:4
Qollar: Mbappe, 4 (0:1), Hakimi, 20 (0:2), Asensio, 38 (0:3), Mbappe, 45+2 (0:4), Tolisso, 74 (1:4)
Bu matçdan sonra PSJ Fransa çempionatında 8 xalla 2-ci pilləyə yüksəlib, “Lion” isə 1 xalla sonuncu pilləyə düşüb. Siyahıya 10 xalla "Monako" başçılıq edir.