Bu gün Misli Premyer Liqasının 5-ci turu çərçivəsində "Kəpəz" "Araz-Naxçıvan"ı qəbul edib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 39-cu dəqiqəsində penaltini dəqiq yerinə yetirən Orxan Əliyev açıb. 45-ci dəqiqədə isə özünün və “Araz-Naxçıvan”ın ikinci qolunu vuran O.Əliyev naxçıvanlıların üstünlüyünü iki topa çatdırıb.
Oyunun 78-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən Mate Kvirkviya fərqi minimuma endirsə də “Kəpəz”in bundan artığına gücü çatmayıb.
Misli Premyer Liqası,
5-ci tur
3 sentyabr (bazar)
17:00. “Kəpəz” 1–2 “Araz-Naxçıvan”
Qollar: Orxan Əliyev, 39-pen. (0:1), 45 (0:2), Mate Kvirkviya, 78-pen. (1:2)
Hakimlər: Kamran Əliyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev
Gəncə şəhər stadionu