"Mançester Yunayted”də avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib.
"İki sahil" klubun saytına istinadən xəbər verir ki, bu, yarımmüdafiəçi Brunu Fernandeşdir. O, azarkeşlər arasında keçirilən səsvermədə 1-ci olub.
Qeyd edək ki, portuqaliyalı oyunçu avqustda 3 matça çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini verib.
Xatırladaq ki, Brunu bu yay "Mançester Yunayted"in kapitanı seçilib.