03 sentyabr 2023 10:46
264

PSJ-dən "Əl-İttifaq"a

PSJ-nin futbolçusu Jorjinyo Veynaldumun "Əl-İttifaq"a keçidi rəsmiləşib.

“İki sahil” xəbər verir ki, bu barədə  Səudiyyə Ərəbistanı klubunun saytı məlumat yayıb. Niderlandlı yarımmüdafiəçisi ilə 3 illik müqavilə imzalanıb

Qeyd edək ki, Veynaldum ötən mövsüm "Roma"da icarə əsasında çıxış edib, bütün turnirlərdə 23 oyuna çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini verib.