Dortmund "Borussiya"sı yeni transfer edib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Almaniya təmsilçisi "Verder"dən Niklaas Filkruqun keçidini reallaşdırıb. 30 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. "Borussiya" transferə görə 13 milyon avro ödəyəcək.
Qeyd edək ki, Niklas ötən mövsüm 30 oyunda 16 qol vurub və 6 qolun ötürməsini verib.