01 sentyabr 2023 12:55
298

"Fənərbağça"nın qapıçısı "Mançester Yunayted"də

Türkiyə millisinin qapıçısı Altay Bayındır İngiltərənin "Mançester Yunayted" klubuna keçib.

"İki sahil" "qırmızı şeytanlar"ın rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiperlə imzalanan müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Altay Bayındır son olaraq ölkəsində "Fənərbağça"nın formasını geyinib.