Almaniya millisinin sabiq futbolçusu Miroslav Kloze UEFA tərəfindən xüsusi mükafata layiq görülüb.
“İki sahil” xəbər verir ki, keçmiş hücumçu 2023-cü ilin UEFA Prezidenti mükafatını alıb.
Onun karyerası qitə futbol qurumunun rəhbəri Aleksander Çeferin tərəfindən “Təkcə qətiyyət və məharətin sübutu deyil, həm də peşəkarlıq və idmanın özünün sərhədlərini aşan idman ustalığı” kimi qiymətləndirilib.
Qeyd edək ki, 2022-ci ildə bu mükafata italiyalı Arriqo Sakki layiq görülüb.