31 avqust 2023 20:02
387

UEFA Avropa Liqası: "Qarabağ" - "Olimpiya" oyunu başlayıb

Bakıda "Qarabağ" və Sloveniyanın "Olimpiya" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

“İki sahil” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.

Matçı ispaniyalı FIFA referisi Alexandro Ernandes idarə edir.

Qeyd edək ki, səfərdəki ilk görüşdə Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.