31 avqust 2023 12:54
310

“Sabah”ın FİBA Avropa Kubokunda keçirəcəyi oyunların başlama vaxtı açıqlandı

“Sabah” basketbol klubunun FİBA Avropa Kubokunda 2023/2024 mövsümünün təsnifat mərhələsində keçirəcəyi oyunların başlama vaxtı açıqlanıb.

“İki sahil” xəbər verir ki, A qrupunda qərarlaşan Azərbaycan çempionu matçlarını axşam saatlarında keçirəcək.

Avropa Kubokunun debütantının “Donar” (Qroningen, Niderland) və “Rapid”lə (Buxarest, Rumıniya) görüşü Bakı vaxtı ilə saat 19:30-da, “Rabotniçki” (Skopye, Şimali Makedoniya) ilə qarşılaşması isə 22:30-da start götürəcək.

Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində keçiriləcək. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.

FİBA Avropa Kuboku
A qrupu

2 oktyabr
19:30. “Donar” (Qroningen, Niderland) - “Sabah”
Stokpe. Boris Traykovski adına İdman Mərkəzi

3 oktyabr
22:30. “Sabah” - “Rabotniçki” (Skopye, Şimali Makedoniya)
Stokpe. Boris Traykovski adına İdman Mərkəzi

5 oktyabr
19:30. “Rapid” (Buxarest, Rumıniya) – “Sabah”
Stokpe. Boris Traykovski adına İdman Mərkəzi