31 avqust 2023 09:47
313

Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılır

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq.

“İki sahil” xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Püşkatmada komandalar 4 səbətdə yer alacaq. Türkiyə "Qalatasaray"ı 4-cü səbətdə olacaq.

Çempionlar Liqası, qrup mərhələsi

1-ci səbət: "Mançester Siti" (İngiltərə), "Sevilya", "Barselona" (hər ikisi İspaniya), "Napoli" (İtaliya), "Bavariya" (Almaniya), PSJ (Fransa), "Benfika" (Portuqaliya), "Feyenoord" (Niderland)

2-ci səbət: "Real", "Atletiko" (hər ikisi İspaniya), "Mançester Yunayted", "Arsenal" (hər ikisi İngiltərə), "İnter" (İtaliya), "Borussiya" Dortmund, "Leyprsiq" (hər ikisi Almaniya), "Portu" (Portuqaliya)

3-cü səbət: "Şaxtyor" (Ukrayna), "Zalsburq" (Avstriya), "Milan", "Latsio" (hər ikisi İtaliya), "Braqa" (Portuqaliya), PSV (Niderland), "Srvena Zvezda" (Serbiya), "Kopenhagen" (Danimarka)

4-cü səbət: "Yanq Boyz" (İsveçrə), "Qalatasaray" (Türkiyə), "Real Sosyedad" (İspaniya), "Seltik" (Şotlandiya), "Nyukasl" (İngiltərə), "Yunion" (Almaniya), "Antverpen" (Belçika), "Lans" (Fransa).