30 avqust 2023 17:14
372

"Trabzonspor" Azərbaycan çempionatında mübarizə aparacaq

Futzal üzrə Birinci Liqanın 2023/2024-cü illər mövsümündə iştirak edəcək komandaların adları müəyyənləşib.

“İki sahil”  Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, bu dəfə 12 komanda qalib adı uğrunda yarışacaq.

Bunlar “Şuşa”, “Metropoliten”, “Ulduz”, “STAR kargo”, “Trabzonspor”, “Timsport”, “Dəstə Ordubad”, PFL, “Xan-Lənkəran”, “Baku Fire-2”, “Dalğa” və “Bakı” MFK klublarıdır.

Qeyd edək ki, oyunlar iki dövrədən ibarət olacaq və dairəvi sistemlə keçiriləcək. Liqada mövsümə oktyabrda start veriləcək.