30 avqust 2023 16:37
361

"Araz-Naxçıvan" növbəti oyuna itkilərlə hazırlaşır

"Araz-Naxçıvan"ın iki futbolçusu Gəncədə "Kəpəz"ə qarşı keçiriləcək Premyer Liqanın V turunun matçında iştirak etməyə bilər.

Klubdan "İki sahil"ə verilən məlumata görə, IV turda “Sumqayıt”la oyunun (1:1) birinci hissəsində zədələnən və qarşılaşmanı davam etdirə bilmədiyinə görə fasilədə əvəzlənən Mohammed Kadirinin, eləcə də məşqdə yüngül zədə alan Miço Kuzmanoviçin meydana çıxıb-çıxmayacağı sual altındadır.

Sözügedən oyunçular komanda ilə məşqdə iştirak etmirlər.

Qeyd edək ki, "Kəpəz" - "Araz-Naxçıvan" görüşü sentyabrın 3-də, saat 17:00-da start götürəcək.