30 avqust 2023 12:03
298

Donald Geryenin yeni klubu bilindi

Bu yay "Zirə"dən ayrılan Donald Geryenin yeni klubu müəyyənləşib.

“İki sahil” xəbər verir ki, haitili müdafiəçi karyerasını Litvada davam etdirəcək. O, bu ölkənin "Panevejis" klubuna keçib. Litva mətbuatı Gerye ilə bir illik müqavilə imzalandığını yazıb. O, yeni klubunda 96 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, ölkəmizdə "Qarabağ" və "Neftçi"də də çıxış edib.  34 yaşlı futbolçus 2018 və 2019-cu illərdə Ağdam təmsilçisi ilə Azərbaycan çempionu olub.