29 avqust 2023 17:15
293

Rusiya klubu Mahiri transfer etmək istəyir

Azərbaycan millisinin və "Dinamo"nun (Zaqreb) futbolçusu Mahir Emreli karyerasını Rusiyada davam etdirə bilər. 

“İki sahil” xəbər verir ki, bu barədə "Euro-Football" məlumat yayıb. Qonşu ölkənin “Lokomotiv” (Moskva) klubu 26 yaşlı hücumçu ilə yaxından maraqlanır.

"Lokomotiv" fransalı hücumçusu Vilson İşidorla bağlı müsbət nəticə əldə etməsə, Mahir üçün Zaqreb təmsilçisinə rəsmi təklif göndərəcək. 

Qeyd edək ki, Mahir 2022-ci ilin fevral ayında "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb. O, paytaxt klubunda 19 oyunda 6 qol vurub.