"Yuventus" futbolçusu Mattias Souleni icarəyə verib.
“İki sahil” xəbər verir ki, o, karyerasını A seriyası təmsilçisi "Frozinone"də davam etdirəcək. Bu barədə klubun saytı məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 2024-cü ilin iyun ayının sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, ötən mövsüm argentinalı futbolçu Turin təmsilçisinin heyətində bütün yarışlarda 19 oyun keçirib və 1 qol vurub.